“İŞİD”  Kobanini tam mühasirəyə almağa çalışır
12 oktyabr 2014 03:30 (UTC +04:00)

“İŞİD” Kobanini tam mühasirəyə almağa çalışır

0

“İŞİD” qüvvələri Suriyanın  Kobani şəhərinin qərb hissəsini ələ keçirməyə çalışırlar. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin yüksək vəzifəli məmuru Xalid Berkəl bildirib. Onun sözlərinə görə, “İŞİD”-çilər Türkiyə sərhədi üzərində nəzarəti ələ ala bilməyiblər. Berkəl qeyd edib ki, terrorçular bir neçə istiqamətdə hücuma keçərək şəhəri tam mühasirəyə almağa çalışıblar, lakin onlar hələlik yalnız şərq istiqamətdə müəyyən irəliləyişə nail ola biliblər.      

 

Kürd özünümüdafiə qüvvələri çoxlu sayda silah-sursata ehtiyaclarının  olduğunu bildiriblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1545

Oxşar yazılar