İŞİD-in mövqelərinə daha 30 zərbə endirildi
12 sentyabr 2015 04:42 (UTC +04:00)

İŞİD-in mövqelərinə daha 30 zərbə endirildi

0

Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr sutka ərzində “İŞİD”in mövqelərinə 30 hava zərbəsi endirib.

 

APA-nın Reuters agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.

 

Məlumata görə, koalisiya İraqın Mosul, Ramadi, Faluca və Tuz-Xurmatu şəhərlərində  terrorçuların canlı qüvvə və hərbi texnikasına 27 hava zərbəsi endirib.

 

Suriyada ekstremistlərin Palmira və əl-Xoul şəhərləri ətraflındakı mövqeləri hava hücumuna məruz qalıb.

 

Xatırladaq ki, 2014-cü ilin avqustundan ABŞ başda olmaqla beynəlxalq koalisiya İŞİD-in İraqda, sentyabrdan isə Suriyada yerləşən mövqelərinə hava zərbələri endirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar