Suriya İnsan Haqları Müşahidə Qrupunun açıqlamasına əsasən, “İraq Şam İslam Dövləti” yaraqlıları ilk dəfə daş-qalaq hökmü çıxarıb.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, iyulun 18-də ölkənin Rakka vilayətinin Tabaka qəsəbəsində meydanda əhalinin gözü qarşısında “İŞİD” bu hökmü icra edib.
Daş-qalaq edilərək, öldürülən qadın 30 yaşında olub. O, “İŞİD” qurduğu məhkəmə tərəfindən mühakimə edilib. Qadın və “təqsiri” barədə başqa məlumat yayılmayıb.