“İŞİD”  jurnalistlərə iş qaydalarını müəyyənləşdirdi
08 oktyabr 2014 01:34 (UTC +04:00)

“İŞİD” jurnalistlərə iş qaydalarını müəyyənləşdirdi

0

“İslam Dövləti” (İŞİD) terror təşkilatı qruplaşmanın nəzarəti altında olan ərazilərdə çalışan jurnalistlər üçün 11 qayda dərc edib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Syria Deeply nəşri məlumat yayıb.  

 

Məlumatda qeyd olunur ki, bu qaydalar müzakirə olunmur və hər bir jurnalist onlara əməl etməlidir.

 

Qaydalara əsasən,  jurnalistlər fəaliyyətləri üçün lisenziya almalıdırlar. Bunun üçün onlar xilafətə sadiqliyə and içməlidirlər. İstənilən material “İŞİD”-in mətbuat xidməti ilə razılaşdırıldıqdan sonra dərc oluna bilər. Onlara, həmçinin, “İŞİD”-in  “qara siyahısına daxil edilmiş peyk telekanalları ilə (Al Arabia və Al Jazeera) əməkdaşlıq etməyə qadağa qoyulub.   

   

Qaydaları pozan şəxslərin fəaliyyəti  dayandırılacaq və onlar məsuliyyətə cəlb olunacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1889

Oxşar yazılar