“İŞİD”-çilər kəndə hücum edib 20 nəfəri girov götürdülər
07 oktyabr 2014 20:47 (UTC +04:00)

“İŞİD”-çilər kəndə hücum edib 20 nəfəri girov götürdülər

0

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının silahlıları Suriyanın şimal-qərbində kəndlərdən birinə hücum edərək 20 nəfəri girov götürüblər. Lent.az-ın APA-ya  istinadən verdiyi xəbərə görə, bu barədə “Ansa” agentliyinə Hələb şəhər katolik yeparxiyasının yepiskopu Corc Əbu Həzin bildirib.  

 

Onun sözlərinə görə, terrorçular kəndə oktyabrın 6-na keçən gecə hücum ediblər. Girov götürülənlərin arasında katolik keşişinin də olduğu bildirilir. Terrorçular hələlik heç bir tələb irəli sürməyiblər, onlarla əlaqə saxlamaq mümkün olmayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1438

Oxşar yazılar