​İranın Qərbi Azərbaycan vilayətində terrorun qarşısı alınıb
22 noyabr 2015 14:03 (UTC +04:00)

​İranın Qərbi Azərbaycan vilayətində terrorun qarşısı alınıb

0

 İranın xüsusi xidmət orqanları tərəfindən aparılan anti-terror əməliyyatları zamanı iki ekstremist qrupu zərərsizləşdirilib, onlardan partlayıcı maddə və silah götürülüb.

"Report" "Press TV"yə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Dəstələrdən biri ölkənin şərqində zərərsizləşdirilib. Onlar burada on partlayıcı qurğunu işə salaraq terror aktları törətməyi planlaşdırıblar. Partlayıcı maddələrin ümumi çəkisi 150 kq. təşkil edib.

Digər qruplaşma ekstremistlərin partlayışlar törətməyə hazırlaşdıqları Qərbi Azərbaycan vilayətində zərərsizləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 455

Oxşar yazılar