İsrail keçmiş baş naziri Ehud Barak İranın nüvə obyektlərinin bir gecədən də qısa müddətə vurula biləcəyini iddia edib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, o, Vaşinqtondakı araşdırma institutlardan birində çıxışı zamanı bunu deyib.
“İranlılar son razılaşmanın nəticələrindən razı görünmür. Bu onlar üçün çox ağrılı olacaq”-deyə, keçmiş hökumət başçısı İranla “altılıq” dövlətləri arasındakı danışıqları da tənqid edib. O, deyib ki, Tehranın atom-silahı əldə etməməsi şərti ilə bu danışıqları yol vermək olar.