“İran İraqı dağılmağa qoymayacaq”
08 iyul 2014 05:32 (UTC +04:00)

“İran İraqı dağılmağa qoymayacaq”

 İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian jurnalistlərə açıqlamasında İraqda “müstəqil Kürdüstan”  məsələsindən danışıb.

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, o, deyib ki, İraqın parçalanması planı “İsraildə hazırlanıb” və İran bu planını gerçəkləşdirilməsini “əngəlləyəcək”.

 

“Bunun əsas səbəblərindən biri İsrailin ssenarisi əsasında qonşu dövlətin terror təhlükəsi ilə qalan İraqın ərazi bütövlüyü prinsipinə İslam Respublikasının sədaqətli qalmasıdır”-deyə, o, vurğulayıb.

H.Abdullahian deyib ki, İraq kürdləri “müstəqilliklə bağlı referendum keçirməyə tələsməməli”, prosesi dayandırmalıdırlar: “Biz İraqın parçalanmasına heç vaxt icazə verməyəcəyik. Biz bunu İraqdakı kürdlərin rəhbərliyinə də açıq şəkildə bildirmişik. İran İsrailin baş naziri Netaniyahunun röyalarının gerçəkləşməsinin qarşısını alacaq, buna yol verməyəcək.

 

Biz İraqın ərazi bütövlüyünün və müstəqilliyinin qorunub saxlanması üçün bütün gücümüzlə İraq xalqının və hökumətinin yanında olacağıq”.

 

Xatırladaq ki,  İraqın şimalındakı kürd muxtariyyətinin rəhbəri Məsud Barzani iyulun 1-də jurnalistlərə açıqlama verərək Kürdüstanın müstəqilliyi üçün yaxın aylarda bir referendum keçirmək niyyətində olduqlarını bildirib. İsrailin baş naziri Benyamin Netaniyah isə bir həftə əvvəl jurnalistlərlə görüşündə “Kürdüstanın müstəqillik ideyasına dəstək verdiyini, ölkəsinin müstəqil Kürdüstanı tanıyacağını” bəyan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1225
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42