“İran, işğalçı qüvvələrini Suriyadan çıxart”
14 oktyabr 2014 14:55 (UTC +04:00)

“İran, işğalçı qüvvələrini Suriyadan çıxart”

0

“İran, işğalçı qüvvələrini Suriyadan çıxart”. Lent.az-ın “Əl-cəzirə”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Səudiyyə Ərəbistanın xarici işlər naziri Suud Faysal Ciddə şəhərində almaniyalı həmkarı Frank-Valter Steynmeyerlə keçirdiyi mətbuat konfransında səsləndirib.

 

S.Fyaysal Yaxın Şərqdə baş verənlərə görə İranı ittiham edib: “İran regiondakı problemin bir parçasıdır. Bu vəziyyətdə İranın Suriyadakı qüvvələrini işğalçı adlandıra bilərik. İran problemin həllini istəyirsə, Suriya, İraq və Yəməndəki qüvvələrini geri çəkməlidir”.

 

S.Faysalın açıqlamasına rəsmi Tehranın cavabı gecikməyib. İranın xarici işlər nazirinin köməkçisi Əmir Abdullahiyan S.Faysalın sözlərinin iki ölkə arasındakı diplomatik əlaqələrə mənfi göstərəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1504

Oxşar yazılar