“İndiki ordumuz olsa idi, Putin Krımı işğal edə bilməzdi”
03 iyul 2014 06:24 (UTC +04:00)

“İndiki ordumuz olsa idi, Putin Krımı işğal edə bilməzdi”

0

Ukraynanın müvəqqəti daxili işlər naziri Arsen Avakov ordunun döyüş qabiliyyətindən danışıb.

 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, o, yerli TV-yə müsahibəsində deyib: “Müharibə – düzgün təşkil olunmayan ticarətdir. Bu şəraiti kimsə gözləmir. Biz savaşa hazırlıqsız girmişik. Normal silahlı qüvvəmiz olmadan, arxa cəbhə təşkil edilmədin biz buna cəlb edilmişik”.

 

Onun sözlərinə görə, bir ay öncə Milli Qvardiyada Piyadaların Döyüş Maşını yox idi: “Ancaq indi 53 ədəd bu maşından var. Bir ay öncə döyüş qabiliyyəti olan 120 nəfər var idisə, indi onların sayı 450 nəfər çatıb. Mən əminəm ki, əgər 3 ay öncə bizim indiki ordumuz olsa idi, Putin Krımı heç vaxt işğal edə bilməzdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1519

Oxşar yazılar