Polis tərəfindən axtarışda olan "Hollywood" aktrisası Misti Apxemin meyiti tapılıb. Lent.az-ın məlumatına görə, aktrisa oktyabrın əvvəllərində qəfil yoxa çıxıb və bundan sonra 32 yaşlı aktrisanın atası qızını tapmaq üçün polisə müraciət edib. Uzun sürən axtarışlardan sonra polis M.Apxemin cəsədini Vaşinqtonda tapıb.
Qeyd edək ki, M. Apxem “Avqust”, "Frozen River" və "Django excepted" filmlərində çəkilib.