“Həsən Nəsrullah əməliyyat olunub”
18 iyul 2014 05:43 (UTC +04:00)

“Həsən Nəsrullah əməliyyat olunub”

0

İyulun 17-də yayılan xəbərə əsasən, Livan “Hizbullah”- ının lideri Həsən Nəsrullah ötən həftə “incə cərrahiyyə” əməliyyatı keçirib.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, əməliyyat Beyrutun şiələr yaşayan Dahiya məhəlləsindəki əl-Rəsul əl-Əzəm xəstəxanada gerçəkləşdirilib.

 

“Hizbullah” liderinin hansı nahiyəsində əməliyyatın keçirildiyi haqda məlumat verilməyib.

 

Livan KİV məlumatına əsasən, “Hizubullah”-a yaxın çevrə məlumatı təkzib edib.

 

Ancaq bu təşkilata müxalif olanlar israrla “Hizbullah” yaraqlılarının həmin xəstəxanada davamlı olaraq, növbədə durduqlarını bildirib. Onlar təşkilat liderinin hələ də xəstəxanada olduğunu vurğulayıb.

 

Mənbə qeyd edib ki, Orucluq ayı başlayandan bəri Həsən Nəsrullah kütlə qarşısında çıxış etməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 956

Oxşar yazılar