“Hər gecə Rusiyanın hərbi texnika və yaraqlılarını sərhəddən Ukraynaya keçirməyə cəhd göstərirlər”.
Lent.az-ın “UNN”-ə istinadən məlumatına görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy “5 kanal”-a müsahibəsində bildirib.
“Faktiki olaraq hər gecə sərhədimizdən hərbi texnika və canlı qüvvə keçirməyə cəhd göstərirlər. Bu zaman hiylədən yararlanırlar. Yaraqlılar bilərəkdən Rusiya ərazisinə atəş açır, oradan Ukrayna hərbçilərinin mövqeyi topa tutulur. Bu basqı altında hərbi texnika keçirməyə cəhd göstərirlər. Yaraqlılar isə bizim hərbçiləri mövqeyinə hücum edir” -deyə, o, vurğulayıb.
Katib qeyd edib ki, bu yolla Rusiya prezidenti Vladimir Putin dünyaya Ukraynadakı hadisələrlə bağlı olmadıqlarını sübut etmək istəyir.