<span style="color:red;">Avropada qəribə olay:  məhkəmə itə hürməyi qadağan elədi
10 fevral 2015 11:31 (UTC +04:00)

Avropada qəribə olay: məhkəmə itə hürməyi qadağan elədi

Xorvatiyanın Pula şəhər məhkəməsi yaxınlıqdakı kənddə Medo ləqəbli itə hürməyi qadağan edib. Lent.az-ın Trend-ə istinadən məlumatına görə, qonşusu üçillik itin sahibi Anton Şimunoviçi heyvanın hürməsinə görə məhkəməyə verib. Məhkəmə qərara alıb ki, Medo axşam saat 8-dən səhər saat 8-dək hürməkdə davam edərsə, Simunoviç 2800 avro cərimə ödəməli olacaq.

 

Bundan başqa, qonşunun şikayət ərizəsi ilə əlaqədar qarşıda Simunoviçin ona artıq vurmuş olduğu ziyana görə 1400 avro ödəməsi ilə bağlı məhkəmə araşdırması durur.

 

Şimunoviç saxladığı heyvanın davranışını şərh edərək bunları söyləyir: “O, istənilən it kimi pişik və ya başqa yad bir canlının onun ərazisinə daxil olduğunu görəndə hürür”.

 

Qeyd edək ki, Xorvatiya cəmiyyətində Medonun məsələsi geniş əks-səda doğurub. “Facebook” səhifəsində köpəyin müdafiəsi üçün artıq 30 mindən artıq imza toplanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar