“Əş-Şəbab”dan növbəti qırğın
22 yanvar 2016 07:15 (UTC +04:00)

“Əş-Şəbab”dan növbəti qırğın

“Əş-Şəbab” terror qruplaşmasının silahlıları Moqadişoda restorana hücum ediblər, nəticədə azı 5 nəfər ölüb, 7 nəfər  yaralanıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçular “Liido Seadood” restoranının qarşısında iki avtomobil partladaraq toy mərasiminin keçirildiyi obyektə daxil olublar.  

 

Polis terrorçuların girov götürdükləri restoran müştərilərini qətlə yetirdiyini ehtimal edir.  

 

 

Hazırda terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam etdirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322
avatar

Oxşar yazılar