“Ermənistanda hakimiyyətin dəyişməsi ilə bağlı güclü proses başlayıb”
25 oktyabr 2014 10:28 (UTC +04:00)

“Ermənistanda hakimiyyətin dəyişməsi ilə bağlı güclü proses başlayıb”

 

 

“Yeni ümumxalq hərəkatının son iki mitinqində iştirakçıların çoxluğu Ermənistanda hakimiyyətin dəyişməsi ilə bağlı böyük perspektivləri olan güclü prosesin start götürdüyünü göstərir”.


 

APA-nın “Tert.am”-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan müxalifət tərəfdarlarının ötən gün İrəvanın mərkəzində keçirdiyi aksiyası zamanı çıxışında deyib.

 

Ermənistanın Avrasiya İqtisadi Birliyə qoşulması məsələsinə toxunan Ter-Petrosyan qeyd edib ki, ölkənin Avrasiya İqtisadi Birliyə qoşulması ilə bağlı ümummilli yas tutmaq artıq mənasızdır. “Biz, qollarımızı çırmalayıb, bu sistemdən faydalanmağa, ölkəmizi inkişaf etdirməyə çalışmalıyıq. Ermənistanın Avrasiya İqtisadi Birliyə qoşulacağı təqdirdə suverenliyini itirəcəyi barədə söhbətlər çox şişirdilib. Ölkə Avrasiya İqtisadi Birliyə yox, Avropa İttifaqı ilə assosiasiya sazişinə qoşulsaydı, onsuz da suverenliyinin hansısa hissəsini itirmiş olacaqdı, bəlkə də Avrasiya İqtisadi Birliyinə qoşulmaqla müqayisədə daha çox itirəcəkdi”, - deyə eks-prezident bildirib.

 

L. Ter-Petrosyan strategiya məsələsində birliyə nail olunduğunu  bildirib: “Biz əzmlə sonadək getmək niyyətindəyik”.

 

Sonrakı addımların taktikasına toxunan Ermənistanın birinci prezidenti qeyd edib ki, bu məsələ ictimai müzakirələrin predmeti ola bilməz, çünki taktika heç bir halda açıqlanmamalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 890
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35