“Əl-Cəzirə”-nin məhbus jurnalistləri xəstəxanaya yerləşdirilib
06 iyul 2014 07:46 (UTC +04:00)

“Əl-Cəzirə”-nin məhbus jurnalistləri xəstəxanaya yerləşdirilib

0

“Əl-Cəzirə”-nin Misirdə mühakimə olunan 3 jurnalisti xəstəxanaya yerləşdirilib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Kanada və Misir vətəndaşı Məhəmməd Fəhmi əlindən cərrahiyyə əməliyyatı olunacaq. O, həbsdən öncə, 2013-cü ilin dekabrında xəsarət alıb. Onun azadlığı uğrunda mübarizə hüquq müdafiəçiləri bildirib ki, həbsdə onun sağlamlıq durumu ağırlaşıb və yarası sağalmayıb.

 

O, həmkarları Piter Grest və Baxerlə 7 il azadlıqdan məhrum olunub. Misir məhkəməsi hər üç jurnalisti “Müsəlman qardaşları” hərəkatını “dəstəkləməkdə”, eləcə də “yalan informasiya yaymaqda” ittiham edib.

 

Avstraliyalı jurnalist Piter Grest “əl-Cəzirə”dən öncə “BBC”-də işləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 579

Oxşar yazılar