“Ekstazi”ni kəşf edən öldü
04 iyun 2014 07:45 (UTC +04:00)

“Ekstazi”ni kəşf edən öldü

Amerikalı kimyaçı və farmakoloq, Rusiya əsilli Aleksandr Şulqin iyunun 2-də ölüb.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, o, həm də narkotik maddə “ekstazinin xaç atası”, onu kəşf edəndir.

 

İki həftədən sonra onun 89 yaşı tamam olacaqdı.

 

A.Şulqin 230-dək psixoaktiv maddə kəşf edib və onun təsvirini verib. “Ekstazinin xaç atası” kəşf etdiyi bütün preparatları özünün, rəfiqəsi Enn və bir qrup dostunun üzərində  sınaqdan çıxarırmış.

 

 

1965-ci ildə o, Berklidə, öz evində şəxsi laboratoriyasını qurub.

 

1976-cı ildə Şulqin “MDMA”-nı sintez edərək, psixoloqlara bunu əlavə olaraq, terapevtik müalicə zamanı istifadə etməyi məsləhət görüb.

 

1980-ci illərdə “ekstazi”dən minlərlə həkim istifadə edib.

 

1985-ci ildə bu maddə narkotik maddə kimi qadağan olunub.

 

Bundan sonra “ekstazi”-nin  ABŞ və Avropa, son illər isə keçmiş SSRİ-dəki gecə klublarına “əzəmətli yürüşü” başlayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1694
avatar

Oxşar yazılar