Nəzarət altına alınmasa ABŞ təhqiqatçıları Qərbi Afrikada 500 minlə 1.4 milyon arasında insanın yanvar ayınadək Ebola virusuna yoluxma ehtimalı olduğunu bildirib.
Lent.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi Liberiya və Syerra Leonedə hər həftə yoluxma hallarının ikiqat artmasını nəzərə almaqla bu ehtimalı irəli sürüb.
Ümumdünya Səhiyyə Təşkilatının xəstəliyə yoluxanların sayı haqda hazırkı hesabatı əsl rəqəmlərdən olduqca aşağıdır.
Təşkilat müalicə mərkəzlərinin sayının artırılması və ABŞ-ın virusdan zərər çəkmiş ərazilərə 3 min əsgər göndərməsi kimi virusa qarşı mübarizədə yeni səylərin xəstəliyin yayılmasının ciddi şəkildə azalması ilə nəticələnəcəyini bildirib.