“Ebola”nın dərmanı ilə dolu anbar yandı
19 dekabr 2014 01:12 (UTC +04:00)

“Ebola”nın dərmanı ilə dolu anbar yandı

0

Qvineyada “Ebola” virusuna qarşı dərmanlarla dolu anbar yanıb  

 

 Bakı-APA. Qvineyanın paytaxtında “Ebola” virusuna qarşı vaksin və preparatlarla dolu anbar yanıb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, yanğın Konakri aeroportunda yerləşən anbarda baş verib. Anbarda “Ebola”ya  qarşı dərmanlardan başqa malyariya və digər xəstəliklərə qarşı vaksinlərin saxlanıldığı bildirilir.   Güclü yanğın mühüm dərman ehtiyatlarının hamısını məhv edib.  

 

Yanğınsöndürənlər yanğının qoruyucu geyimlərin saxlanıldığı bitişik binaya keçməsinin qarşısını ala bilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar