APA-nın “Agence France-Presse”-ə istinadən verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) daha 1848 nəfərin bu xəstəliyə yoluxduğu bildirilib.
Cəmi üç gün ərzində (7-9 avqust) üç Qərbi Afrika ölkəsində – Syerra-Leone, Liberiya və Qvineyada 52 nəfər ölüb.
Dərmanı olmayan bu ölümcül xəstəlik bütün dünyada yayılmaqdadır.
ABŞ və ÜST təcili eksperimental vaksin çatdırmaq barədə Liberiya hakimiyyətinin xahişini qəbul edib, bu həftə ərzində vaksinlərin bu ölkəyə gətirilməsi gözlənilir.