“Ebola” bu ölkədə 6 000-dən çox uşağı yetim qoydu
30 dekabr 2015 03:55 (UTC +04:00)

“Ebola” bu ölkədə 6 000-dən çox uşağı yetim qoydu

“Ebola” epidemiyası Qvineyada 6 000-dən çox uşağı yetim qoyub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin hesabatında bildirilir.

 

Məlumata görə, epidemiya səbəbindən 6220 uşaq bir və ya hər iki valideynini itirib. Xəstəliyə yoluxan 230 uşaq sağalıb, 519-u isə keçinib. BMT-nin YUNİSEF Uşaq Fondu artıq “Ebola”dan  azad Qvineyada minlərlə uşağın dəstəyə ehtiyacı olduğunu bildirib.  

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ötən gün Qvineyada “Ebola” virusunun yayılmasının sona çatdığını elan edib.  

 

BMT-də qeyd ediblər ki, 2016-cı ildə Qvineya, Liberiya və Syerra-Leone səhiyyə sisteminin bərpası planını həyata keçirəcəklər. Buraya, əsasən, ictimai sağlamlıq və analığa dəstək proqramları daxildir.  

 

Qeyd edək ki,  Qvineya, Liberiya və Syerra-Leonedə 2014-ci ildə başlayan “Ebola” epidemiyası zamanı 28 min insan virusa yoluxub, onlardan 11 mindən çoxu keçinib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

Oxşar yazılar