“Ebola” virusundan ölənlərin sayı 4 950-ə çatıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Qvineya, Liberiya və Sierra-Leone-də xəstəliyə 13 241 nəfər yoluxub.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) noyabrın 4-ə olan hesabatında deyilir.