Donetskdə “Donetsk xalq respublikası”nın baş naziri Aleksandr Zaxarçenkoya sui-qəsd cəhdi olunub.
APA-nın ITAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, sui-qəsd nəticəsində baş nazirin sürücüsü yaralanıb, Zaxarçenko xəsarət almayıb.
Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.