“Donetsk Xalq Respublikası”nın müdafiə naziri saxlanıldı
07 may 2014 14:57 (UTC +04:00)

“Donetsk Xalq Respublikası”nın müdafiə naziri saxlanıldı

Ukrayna Daxili İşlər Nazirliyi bir neçə separatçının, o cümlədən qondarma Donetsk Xalq Respublikasının müdafiə naziri İqor Kakidzyanovun saxlanılması haqda bəyanat yayıb.


 

APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, separatçılar Mariupoldan Berdyansk istiqamətdə hərəkət edən “Azov” xüsusi təyinatlı batalyonun avtobusunu atəşə tutublar. Nəticədə avtobusun sürücüsü yaralanıb.

 

Cavab atəşi ilə separatçılardan biri öldürülüb, iki nəfər yaxalanıb. Onlardan biri qondarma Donetsk Xalq Respublikasının müdafiə naziri olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878
avatar

Oxşar yazılar