Qondarma Donetsk xalq respublikasının Xalq Şurasının üzvləri mayın 11-nə planlaşdırılan referendumu təxirə salmamaq qərarına gəliblər.
APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a açıqlamasında qondarma respublika hökumətinin həmsədri Miroslav Rudenko deyib.
O bildirib ki, regionun statusu haqqında referendum nəzərdə tutulduğu kimi bazar günü, mayın 11-də keçiriləcək.