“Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyada Donetsk və Luqanskın terrorçulardan təmizlənməsinə dair prezident Pytor Poroşenko tərəfindən təsdiqlənmiş plan var”.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, bunu Ukrayna Milli Təhlükəsizlik Şurası katibinin müavini Mixail Koval bildirib.
“Vəziyyət qarışdıranlardan torpaqlarımızın təmizlənməsinin bütün mərhələləri ilə bağlı planı ali baş komandan Pyotr Poroşenkonun təsdiqləyib. Onlar Ukrayna ilə sərhəddə müdafiə mövqeyindədir. Bütün terrorçu qruplaşmalar Rusiya ərazisinə keçmək üzrədir. Rusiya hərbçilərinin zərbə elementləri qrupları mövcuddur”-deyə, Koval vurğulayıb.