Mayın 26-da Ukrayna ordusunun Donbasda anti-terror əməliyyatı nəticəsində yüzdən çox rusiyayönlü yaraqlının öldürüldüyü haqda xəbər yayılıb.
Lent.az-ın “gazeta.ru” -ya istinadən məlumatına görə, bu haqda “İnfoResist” bildirib.
“Təsdiqlənməyən məlumata əsasən, ölənlərin sayı yüzdən çoxdur. Onları dəqiq saymaq mümkün deyil”-deyə, mənbə vurğulayıb.