“Dava” partiyası əl-Malikinin dəyişdirilməsini İranla müzakirə edib
01 iyul 2014 05:47 (UTC +04:00)

“Dava” partiyası əl-Malikinin dəyişdirilməsini İranla müzakirə edib

0

İraq İslam Partiyası “Dava”-nın nümayəndə heyəti Tehrana səfər edib. Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, onlar İran rəsmiləri ilə İraqın indiki baş naziri Nuri əl-Malikinin əvəz edilməsini müzakirə edib.

 

Mənbə bildirib ki, “Dava”-çılar əl-Malikinin yerinə iki nəfərin namizədliyini irəli sürüb – Tariq Nəcmi və Əli Həbib. Onların hər ikisi İraq İslam Partiyası “Dava”-nın aparıcı fiqurlarıdır.

 

Partiya tərəfdarları hesab edir ki, Nəcminin şansı daha çoxdur.

 

Tariq Nəcmi İraqın şimalında "Kürdüstan"ın yaradılmasına qarşı olanlardandır.

 

Əli Həbib isə Səddam Hüseynin hakimiyyət illərində İranda sürgündə yaşayıb və hazırda İraqın təhsil naziridir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 826

Oxşar yazılar