Ərdoğanın həbs etdirdiyi baş redaktor azadlığa çıxdı
26 fevral 2016 10:15 (UTC +04:00)

Ərdoğanın həbs etdirdiyi baş redaktor azadlığa çıxdı

0

“Cümhuriyyət” qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara müxbiri Erdem Gül həbsdən azad ediliblər.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən il noyabrın 26-da həbs olunan jurnalistlər dünən azadlığa buraxılıblar.

 

Qeyd edək ki, onlar silahlı terror təşkilatına üzv olmadan dəstək vermək və dövlət sirrini yaymaqda təqsirləndiriliblər. Jurnalistlər bu həbslə mətbuat azadlığının və onların şəxsi hüquqlarının pozulmasını əsas gətirərək, azadlığa buraxılmaları üçün ölkənin Konstitusiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə müraciətə baxıb və jurnalistlərin şikayəti təmin olunub.

 

Xatırladaq ki, jurnalistlər Türkiyədən  Suriyaya silah daşıyan TIR-larla bağlı yaydıqları xəbərə və görüntülərə görə prokurorluğa dəvət olunublar. Onlar ifadə verdikdən məhkəmədə barələrində həbs qətimkan tədbirinin seçilib. Həmin vaxt prokurorluğun qərarı ilə bu mövzunun mediada işlənilməsinə rəsmən qadağa qoyulub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar