Dünyanın silahlı qarşıdurma olan ölkələrindən birinə, Cənubi Sudana Çin 38 milyon dollarlı silah satıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda hərbi mütəxəssislərin əldə etdiyi hesabatda bildirilib.
Hüquq müdafiəçiləri xəbərdarlıq edərək, vurğulayıb ki, Afrika dövlətləri kütləvi aclıq astanasındadır.
Cənubi Sudanın paytaxtı üçün nəzərdə tutulan raket, minaatan və pulemyotlar güllələri ilə bu ilin iyununda Keniyanın Mombas şəhərinə aparılıb.
Diplomatik çevrələr Cənubi Sudan hakimiyyətinin silahlanmaya yüz milyonlarla dollar xərclədiyini bildirir.
Avropa Birliyi isə bu ölkənin hərbi komandanlığına qarşı barışığı pozduqları üçün sanksiya tətbiq edib.