Ukraynanın Donetsk vilayətindəki döyüşlərdə rusiyayönlü terrorçular tərəfindən döyüşərək, “ölən çeçenlərin meyitilərini Çeçenistana gətiriblər”.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, yerli çeçen şahidlər onların sayının “35-dən 45-dək” olduğunu söyləyiblər.
“Kafkazskaya uzl”-ın müxbiri bildirib ki, Çeçenistan Respublikasının rəsmiləri bu məlumatı şərh etmək istəmirlər. Şahidlərin sözlərinə görə, həmin çeçenlərin meyitlərini yerli qəbiristanlıqlarda dəfn edirlər.
Cövhər Dudayevin dövründə Çeçenistanın Respublikasının deputatı olmuş, adının açıqlanmasının istəməyən çeçen deyib ki, son iki həftədə sovet dövrünün “Qərb” və “Şərq” adlı xüsusi təyinatlı batalyonlarının keçmiş döyüşçüləridir: “Orada çeçenlərin döyüşmədiyini deyənlər yalan danışır. Ölənlər haqda da heç kim danışmır. Onların arasında bizim rayonun, Qermençuk kəndinin sakini də var. Onun meyitinin dünən (mayın 28-də – red.) gətirdilər. Urus-Martan, Qudermes və başqa rayonlardan olanlar da var”.
O, deyib ki, həmin döyüşçüləri “kadırovtsı” (Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun adına –red.) adlandırırlar.
Xatırladaq ki, Ramzan Kadırov mayın 28-də Ukraynanın şərqində gedən döyüşlərdə çeçenlərin iştirakını “Instagram” səhifəsində yazaraq, təkzib edib: “Mən bunun gerçəkliyi əks etdirmədiyini rəsmi şəkildə bildirərəm. Oradakı münaqişədə heç bir “çeçen hərbçisi”, hətta “Çeçenistandan olan hərbi dəstə” iştirak etmir”.