“Cəbhə ən-Nüsrə” terror qruplaşmasının lideri məhv edildi
24 oktyabr 2015 20:22 (UTC +04:00)

“Cəbhə ən-Nüsrə” terror qruplaşmasının lideri məhv edildi

0

Suriya hərbçiləri Hələb şəhəri yaxınlığında “Cəbhə ən-Nüsrə” terror qruplaşmasının lideri misirli Əbu Süleyman əl-Masrini məhv ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Sputnik” agentliyi məlumat yayıb.

 

Mənbənin məlumatına görə, terrorçu Hələb şəhəri yaxınlığındakı Təl-əlKarsani yaşayış məntəqəsi uğrunda gedən döyüşdə öldürülüb.

 

“Cəbhə ən-Nüsrə” qruplaşması “Əl-Qaidə” terror təşkilatının Suriyadakı qolu hesab edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 532

Oxşar yazılar