“BP” Rusiyaya sərmayə qoyuluşunu azaltmaq niyyətində deyil
29 aprel 2014 07:15 (UTC +04:00)

“BP” Rusiyaya sərmayə qoyuluşunu azaltmaq niyyətində deyil

Rusiyanın “Rosneft” şirkətinin başçısına qarşı ABŞ-ın sanksiya tətbiq etməsinə baxmayaraq, Britaniyanın  “BP” neft şirkəti “Rosneft”lə  uzun müddətə tərəfkeş qalmaq niyyətində olduğunu bildirib.

 

 

Lent.az-ın “gazeta.ru”ya istinadən məlumatına görə, “Röyter” bu haqda xəbər yayıb.

 

“Biz “Rosneft”-ə qoyduğumuz sərmayəyə ciddi yanaşırıq. Rusiya biznesində uğurlu və uzunmüddətli sərmayədar olaraq, qalmaq niyyətindəyik” -deyə, “BP”-nin mətbuat katibi bildirib.

 

O, əlavə edib ki, ABŞ-ın sanksiyaları nəticəsində dəyəcəyи ehtimal olunan ziyanı dəyərləndirirlər.

 

Qeyd edək ki,  ABŞ-ın sanksiyalaşdırılmış siyahısında Rusiya baş nazirinin müavini Dmitri Kozak, Kreml administrasiyası rəhbərinin I müavini Vyaçeslav Volodin, prezidentin səlahiyyətli nümayəndəsi Oleq Belaventsev, federal mühafizə xidmətinin direktoru Yevgeni Murov, “Rostex” korporasiyasının rəhbəri Sergey Çemezov, “Rosneft”in başçısı İqor Seçinin də adı var.

 

Şirkətlərin sırasında isə “Volga Group”, “Stroytransqaz”, SMP Bank, “Transoyl” da yer alıb.

 

Xatırladaq ki, “Rosneft”in aksiyalarının 19,75 faizi "BP"-yə məxsusdur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 750
avatar

Oxşar yazılar