“Böyük -7”-lərdən Rusiyaya sərt xəbərdarlıq
31 iyul 2014 02:21 (UTC +04:00)

“Böyük -7”-lərdən Rusiyaya sərt xəbərdarlıq

0

“Böyük 7”-lərin (“G7”) liderləri bildirib ki, əgər Rusiya Ukraynaya yönləi siyasətinin dəyişməzsə, o zaman Moskvaya qarşı təzyiqləri artırmağa hazırdır.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda “Böyük-7”-lər bəyanat verib.

 

“Gərginliyi azaltmaq və sanksiyalar aradan qaldırılması ilə nəticələnə biləcək addım atmaq üçün Rusiyanın hələlik vaxtı var. Əgər o, bunu etməzsə, onda onun düşmən fəaliyyətinin qiymətini artırmağa hazırıq”-deyə, bildirilib.

 

“Böyük-7”-lərin liderləri Malayziyaya məxsus “Boinq”in qəzaya uğradığı ərazidə atəşin kəsilməsini də tələb ediblər. Mənbənin məlumatına əsasən, orada döyüşlər getdiyindən indiyə kimi əraziyə mütəxəssislər gedə bilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1364

Oxşar yazılar