“Boko Haram”ın ələ keçirdiyi şəhər azad olundu
24 oktyabr 2015 06:30 (UTC +04:00)

“Boko Haram”ın ələ keçirdiyi şəhər azad olundu

0

Kamerun Silahlı Qüvvələri ölkənin şimalında, Nigeriya ilə sərhəddə yerləşən Kerava şəhərini ″Boko Haram″ terror qruplaşması silahlılarından geri alıb.

 

APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular Nigeriyaya qaçmağa məcbur olublar.

 

Oktyabrın 23-də ″Boko Haram″ silahlıları Kamerun-Nigeriya sərhədindəki Kerava şəhərini ələ keçiriblər. Hücum zamanı ekstremistlər qadın və azyaşlılar daxil olmaqla azı 9 dinc sakinin başını kəsiblər.

 

“Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 435

Oxşar yazılar