“Boko Haram”dan yeni hücum: 20 ölü
22 oktyabr 2015 05:27 (UTC +04:00)

“Boko Haram”dan yeni hücum: 20 ölü

0

Nigeriyanın şimalında, Borno ştatında “Boko Haram” qruplaşmasının hücumu nəticəsində 20 hərbçi həlak olub

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Borno ştatının paytaxtı Mayduquri şəhərindən 70 km aralıda baş verib.

 

Silahlılar içərisində hərbçilər olan dörd avtomobili gülləboran edib.  

 

Qeyd edək ki, bundan əvvəl Nigeriya ordusu və yerli özünümüdafiə dəstələri Borno ştatında həyata keçirilən əməliyyat nəticəsində azı 150 terrorçunu məhv edib, 36 qadın və uşağı əsirlikdən azad etmişdilər.

 

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar