“Boko Haram” növbəti vəhşilik:  16 kənd yandırıldı
08 yanvar 2015 22:30 (UTC +04:00)

“Boko Haram” növbəti vəhşilik: 16 kənd yandırıldı

0

“Boko Haram” terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqindəki Borno ştatında son 4 gün ərzində azı 16 yaşayış məntəqəsini talayıblar.  APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə ştat administrasiyasının rəsmi nümayəndəsi Musa Bukar bildirib.

 

“Onlar 16 kəndə od vuraraq, hamısını tamamilə yandırıblar”, deyə o bildirib.

 

Məlumata görə, viran edilən yaşayış məntəqələrinin əhalisi qaçaraq Çad gölündəki adalarda məskunlaşıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar