“Boko Haram” Nigeriyada 2 mindən çox sakini öldürüb
16 iyul 2014 02:37 (UTC +04:00)

“Boko Haram” Nigeriyada 2 mindən çox sakini öldürüb

0

Nigeriyada “islam” adı altında  fəaliyyət göstərən “Boko Haram” yaraqlıları bu il iki mindən çox yerli sakini öldürüblər.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Beynəlxalq Hüquq Müdafiə təşkilatı bildirib ki, yaraqlılar ölkənin şimal-şərqindəki kəndlərə və 70-dən çox şəhərə 95 dəfə zərbə endirilib.

 

Ölkə prezidenti Qudlak Conatandan bu təşkilatın fəaliyyətinə son qoyulması, 3 ay öncə oğurlanmış  200 məktəbli qızın girovluqdan azad olunması tələb edilir.

 

Yaxın günlərdə Conatanın məktəblilərin valideynləri ilə görüşəcəyini bildirmişdi. Ancaq valideynlər onunla görüşdən imtina edib.

 

Bu təklifi pakistanlı hüquq müdafiəçisi, talibanın sui - qəsdinə məruz qalmış, Malala Yusifzay irəli sürüb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 694

Oxşar yazılar