Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror təşkilatının silahlıları qonşu Kamerunun Kerava kəndinə hücum edərək 18 nəfəri oğurlayıblar.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hücum zamanı 10 kamerun ordusunun əsgəri və 8 terrorçu həlak olub.
Kamerunun Adanqa kəndi yaxınlığında isə içərisində 30 nəfərin olduğu sərnişinin avtobusunun yoxa çıxdığı bildirilir.