“Boko Haram” daha 15 dinc sakini qətlə yetirdi
04 yanvar 2015 02:52 (UTC +04:00)

“Boko Haram” daha 15 dinc sakini qətlə yetirdi

0

Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşmasının silahlıları Kamerunun şimalında avtobusa hücum edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə azı 15 nəfər ölüb, daha 10 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Məlumata görə, silahlıların hücumuna Kusseri-Maura marşrutu ilə hərəkət edən sərnişin avtobusu məruz qalıb.

 

Öldürülənlərin sayının artacağı istisna olunmur. Onların hamısının dinc sakin olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar