“Boko Haram” bu dəfə 40 oğlanı girov götürdü
03 yanvar 2015 03:17 (UTC +04:00)

“Boko Haram” bu dəfə 40 oğlanı girov götürdü

0

Nigeriyada “Boko Haram” terror qruplaşmasının silahlıları ölkənin şimal-şərqindəki Malari yaşayış məntəqəsinə hücum edərək azı 40 nəfəri girov götürüblər. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, girovların əksəriyyəti 15-23 yaşlı gənc oğlanlardır.

 

Qeyd edək ki, “Boko Haram” silahlıları ötən il ərzində yüzlərlə gənci girov götürüblər. Keçən ilin aprelində silahlılar Çibok şəhərindəki liseyə hücum edərək 200-dən çox məktəbli qızı girov götürüblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar