“Boko Haram” terror qruplaşması iyulun 16-da Nigeriyanın Adamava ştatında Almaniya vətəndaşının oğurlanmasına görə məsuliyyəti öz üzərinə götürüb. Lent.az-ın məlumatına görə, bu barədə APA “Frans Press”-ə istinadən xəbər verir. Məlumata görə, bu barədə qruplaşmanın lideri Abubəkr Şekau bildirib.
Girovun azad olunması üçün qruplaşma hələlik heç bir şərt irəli sürməyib.