“Boko Haram” -dan növbəti qətliam: 100-dən  çox sakin öldürülüb
09 yanvar 2015 03:10 (UTC +04:00)

“Boko Haram” -dan növbəti qətliam: 100-dən çox sakin öldürülüb

0

 “Boko Haram” terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqindəki Baqa şəhərində azı 100 nəfəri qətlə yetirib. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, hücum çərşənbə günü gecə saatlarında törədilib.

  

Qeyd edək ki, yanvarın 4-də “BBC” Baqa şəhərinin və orada olan hərbi bazanın silahlıların nəzarətinə keçməsi barədə məlumat yaymışdı.  

 

Məlumata görə, “Boko Haram” silahlılarının hücumu zamanı çoxlu sayda dinc sakin ölüb, şəhər yandırılıb. Şəhər sakinləri şəhərdən qaçaraq  qonşu   Çada üz tutub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar