ABŞ-ın Maliyyə Nazirliyi ən iri “Boeing” hava şirkətinə İrana ehtiyat hissələri satmağa icazə verib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, şirkətin təmsilçisi bildirib:”Lazım olan ehtiyat hissələrini müəyyənləşdirmək üçün şirkət İran rəsmiləri ilə danışığa başlayıb”.
Xatırladaq ki, uzun illərdir tətbiq edilən sanksiya ucbatından İranın mülki hava şirkətləri nə yeni sərnişin təyyarəsi, nə də ehtiyat hissələri ala bilmir.