“Ukrayna Təhlükəsizlik Xidməti “Boinq-777” təyyarəsinin qəzaya uğramasında Rusiyanın iştirakı ilə bağlı təkzibedilməz dəlillər toplayıb”.
Lent.az-ın “RadioSvaboda”-ya istinadən məlumatına görə, bu açıqlamanı qurum sədrinin müavini Viktor Yaqun verib: “Biz birbaşa deyirik: bu hadisənin arxasında Ukraynadakı terrorçulara ağır silahların ötürülməsi prosesinə rəhbərliyi edən Rusiya Baş Kəşfiyyat İdarəsinin Baş Qərargahı, Krımdan çıxarılan yüngül silahları həmin terrorçulara verilməsini kurasiya edən Rusiya Federal Təhlükəsizlik Xidməti durur”.
Sədr müavini daha sonra deyib: “Qanunlar və beynəlxalq hüquqla müəyyən edilən qaydalarla biz onlara sübutla verəcəyik. Əlimizdə bütün fotolar, video və şahid ifadələri var. Biz Rusiya təmsilçilərini də dəvət etmişik. Onlar dəvətimizi dəyərləndirməkdənsə, ünvanımıza əsassız ittihamlar söyləyirlər”.