“Biz İraqı udduq, Obama onu itirdi”
14 iyun 2014 04:13 (UTC +04:00)

“Biz İraqı udduq, Obama onu itirdi”

0

ABŞ-ın tanınmış senatoru, mövqeyi ilə prezident Barak Obamanı qəbul etməyən Con Makkeyn ölkə TV-lərindən birinin səhər proqramına müsahibə verib.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, o, ABŞ prezidentinin xarici siyasətini kəskin tənqid edib. Senator bildirib ki, İraqda baş verən son olaylar ABŞ-ın təhlükəsizliyinə ciddi təhdiddir.

 

Onun sözlərinə görə, İraqdakı hadisələr, özəlliklə “İraq və Levante İslam Dövləti” yaraqlılarının fəallaşmasının məsuliyyətini Obama administrasiyası daşıyır. C.Makkeyn 2011-ci ildə ABŞ ordusunun İraq ərazisindən çıxması ilə bağlı Barak Obamanın verdiyi əmri “səhv addım” adlandırıb.

 

“Biz qalib gəldik. General Devid Petreus (ABŞ-ın İraqdakı ordusunun komandanı-red.) bu münaqişədən qalib çıxdı. Əgər biz İraqda yetərli sayda qoşun saxlasaydıq, o zaman indiki böhran yaranmazdı. Bu təməl aktdır. Bizim bu münaqişədə qələbə qazanmağımız faktdır. Ancaq hakimiyyətimiz zəif oldu. Prezident daha yaxşı olmasını istədi, ancaq həmişə kimi indi biz bunun əvəzini baha ödəyirik. Mən bunu hələ 2011-ci ildə söyləmişdim”-deyə, senator vurğulayıb.

 

Mənbə xatırladıb ki, iyunun 12-də  Barak Obama İraqda vəziyyətin tənzimlənməsi üçün ABŞ-ın tədbir görəcəyinə işarə etmişdi. Makkeynin fikrincə, yaranmış vəziyyətdə “yaxşı variant yoxdur”. O, ehtimal edir ki, məhdud aviazərbələr problemi həll etməyəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1549

Oxşar yazılar