“BBC”-nin keçmiş “diceyi” Kris Denninq 41 cinsi cinayətdə ittiham edilib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, ehtimal edilən cinayətlər 1967-1985-ci illərdə törədilib. O, 9-16 yaş arasında olan 22 oğlanla cinsi əlaqədə olmaqda şübhəli bilinir.
O, 1967-ci ildə “BBC”-nin tərkibində yaradılmış “Radio1”-in aparıcısı olub. Əvvəlcə onu 2013-cü ildə o, “Porsuqağacı” əməliyyatı çərçivəsində həbs ediblər. Britaniya polisi bu əməliyyatla uşaqları zorlayan “BBC”-nin keçmiş aparıcısı, Cimmi Sevila (o artıq ölüb) və başqa efir “ulduzlarının” cinayət işini araşdırırmış.