Hamburq-Madrid reysi ilə uçan təyyarə Bordoda məcburi qəza enişi edib.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, səbəb kimi təyyarənin elektron sistemindəki nasazlıq göstərilib.
Mənbə xəsarət alanların olmadığını bildirib.
Təyyarənin göyərtəsində “Bavariya” futbol klubunun 70 tərəfdarı olub. Onlar bu gün “Real” (Madrid) – “Bavariya” (Münhen) arasında keçiriləcək Çempionlar Liqasının yarımfinal oyununu izləmək üçün İspaniyaya uçurmuş.