“Baku Fires” yeni mövsümdə ilk qələbəsini qazandı
06 fevral 2016 03:29 (UTC +04:00)

“Baku Fires” yeni mövsümdə ilk qələbəsini qazandı

0

Fevralın 5-də ölkəmizi Dünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” klubu turnirin altıncı mövsümdə ikinci görüşünü keçirib.

 

Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə, Bakı təmsilçisi Boks Mərkəzində liqanın debütantı “Uzbek Tigers”lə üz-üzə gəlib. Döyüşlərin nəticəsinə görə, “Baku Fires” - “Uzbek Tigers” üzərində - 3:2 hesabı ilə qələbə qazanıb.

 

Məhəmməd İbiyev (52 kq, “Baku Fires”) - Antotjon Kadırov (“Uzbek Tİgers”) -2:1, Hasan Arsunkayev (60 kq) - Elnur Abdurraimov -:+, Yevgeni Ramaşkeviç (69 kq) - Dostonbek Turdiyev -3:0, Mixail Dolqolivets (81 kq) - Şuxrat Abdullayev – 1:2 və Arslanbek Mahmudov (91 kq-dan yuxarı) isə Sərdor Abdullayevi -3:0 hesabı ilə məğlub edib.

 

Xatırladaq ki, mövsümün ilk görüşündə “Baku Fires” klubu “Astana Arlans”dan – (1:4) zəif olub , “Uzbek Tigers” isə “Puerto-Riko” boksçularından – (5:0) hesabı ilə güclü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar